27 Şubat 2011 Pazar

Etiraz Musiqisi


Xanımlar və bəylər,bu yazını yazma həvəsini dostum Cavidin `Təkrarçılıq` yazısında tapdım.onun gözəl açıqlama gətirdiyi bir mövzu var.hətda sual demək olar.Saz musiqisi yoxsa Muğam?bu yazıda hansı bizə uyğundu,hansı daha populyardı suallarından çox hansı janr bizə nə bəxş edir sualına cavab axtardım.

Muğam və Saz arasındakı önəmli fərqləri bu yazıda analiz etməyə çalışacam.Biraz fərqli yolla.Muğam vəya Saz musiqisi haqqında məlumatım az olduğuna görə bu analizi məlumatımın daha çox olduğu Metal musiqisi ilə edəcəm.Metal musiqisi 1960 ların sonunda Black Sabbath qrupunun kəşf etdiyi riflərlə ortaya çıxdı.Amma artıq qruplar daha sərt tonlar axtarmağa başladığından mahnıların mövzuları da dəyişməyə başladı.Bu mövzular siyasi,ictimai,fəlsəfi qısacası həyatla bağlı olmağa başladı.1980 lərin əvvəlində artıq metal musiqisi bir dalğa kimi yayılmağa başlamışdı.Bu janrın ifaçıları və dinləyiciləri haqsızlığa qarşı öz mövqelərini bildirirdilər.Və ortaya `Etiraz musiqisi` çıxdı.Savaş ruhunu gətirdi.Məsələn 1980də qurulan `Manowar` qrupu savaşçı ruhlu mahnıları ilə ön plana çıxdı.Aydınlıq gətirmək istədiyim mövzu odur ki,xalqa ruh gətirən,düşündürən musiqi daha çox lazımdı.Pop janrı kimi qəbullanma,mesajı olmayan musiqi tərzi xalqı yuxuda bıraxaraq düşünməyə vadar etmir.Sanki hər şeyin yaxşı olduğundan,problemsiz həyatın mövcudluğundan xəbər verir.Amma düşünərək görmək mümkündü ki vəziyət heç də belə deyil.

İndi Muğam və Saz musiqisinə gəldikdə saz musiqisində ruh vermək,düşündürmək,savaşcı ruhu qazandırmaq kimi motivlər mövcuddur.Amma Muğamda isə vəziyyət belə deyil.Muğam daha çox insanları düşmüş olduqları durumlara qəbullandırır.Son olaraq bunu deyim ki yazımda sadəcə normal halda necədirsə onları bəlirtdim.Yoxsa hər kəsin öz zövqü var və azad olaraq istədiyi janrdaki musiqi əsərlərini dinləyə bilər.Sizi möhtəşəm metal əsəri ilə baş-başa bıraxıram...

Bir sonraki yazımda Azərbaycan toplumundakı `Metal` sevgisi,məlumatı və TV-lərdəki yeri barədə yazacam.Hələlik isə bu qədər...

Hiç yorum yok:

Yorum Gönder